Deputatlığa nаmizədliyin qeydə alınması üçün sənədlərin DSK-lara təqdim edilməsinə başlanılıb
21.12.2019 13:10 Daxili siyasət

Deputatlığa nаmizədliyin qeydə alınması üçün sənədlərin DSK-lara təqdim edilməsinə başlanılıb

“Report” xəbər verir ki, “Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, səsvermə gününə ən çoxu 50 qalmış deputatlığa nаmizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədləri dairə seçki komissiyasına təqdim oluna bilər.

Sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilə bilər.

Proses səsvermə gününə ən аzı 30 gün qalmış - yanvarın 10-u saat 18:00-də başa çatacaq.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Xəbərlər departamenti

Gündəm