Dərs ilinin sonunda imtahanlar necə veriləcək? - Rəsmi açıqlama
14.04.2020 11:02 Təhsil

Dərs ilinin sonunda imtahanlar necə veriləcək? - Rəsmi açıqlama

Hər kəs üçün maraqlı olan suallardan biri də dərs ilinin sonunda şagird və tələbələrin necə imtahan verəcəyi ilə bağlıdır.

"MediaPost" xəbər verir ki, Real TV-yə qonaq olan Təhsil nazirinin müavini İdris İsayev bununla bağlı münasibət bildirib.

O qeyd edib ki, mart ayının 10-dan təlim-tədris prosesi dayandırılıb: "Biz bütün bu vəziyyəti təhlil edərək müxtəlif qərarlar qəbul etmək məcburiyyətində qaldıq. Başa düşürük ki, ucqar dağ kəndlərində internet imkanları məhduddur. Ona görə qərar verdik ki, teledərslər həyata keçirək. Bu təkcə, ümumtəhsil müəssisələrinə aid deyil, eyni zamanda peşə təhsili alanlar üçün də belə teledərslər həyata keçirilir. Eyni zamanda biz təhsil müəssisələrimizə məsləhət gördük ki, onlayn dərslər həyata keçirsinlər. Bunun üçün müxtəlif proqramlar var. Bu gün bizim tədris müəssisələrimiz bu proqramdan istifadə edirlər. Əlbəttə ki, təhsil proqramlarının 100 faiz mənimsənilməsi bu qaydada mümkün deyildir. Amma apardığımız araşdırmalar göstərir ki, şagirdlərimiz bu teledərslərə baxırlar, onlayn dərslərdən istifadə edirlər. Düşünürəm ki, qiymətləndirmə məsələsinə fərdi yanaşma olmalıdır. Əlbəttə ki, pandemiyanın nə qədər davam edəcəyini proqnozlaşdırmaq hazırda mümkün deyil".

İdris İsayev — Vikipediya

İdris İsayev əlavə edib ki, şagirdlər məktəbə getməyə başladıqdan sonra müəllimlər müəyyən vasitələrdən istifadə edərək qiymətləndirmə aparacaqlar: "Müəyyənləşdiriləcək ki, şagirdlərimiz nə dərəcədə teledərslərdə və onlayn dərslərdən bəhrələnə biliblər. Ondan sonra müvafiq qərarlar qəbul olunacaq. Hazırda bu suala dəqiq cavab vermək mümkün deyil. Bayaq qeyd etdiyim texnoloji proqramlarda qiymətləndirmə üsulları vardır. Ali təhsil müəssisələrinə biz "Microsoft Teams" proqramını təklif etmişik. Bu proqramın üzərində pedaqoqlar, professor heyətimiz müəyyən qiymətləndirmələr apara bilərlər. Amma qeyd etdiyim kimi bu, məcburi xarakter daşımır. Tədris prosesi başlandıqdan sonra müvafiq qiymətləndirmə aparılacaq və onun əsasında qərar veriləcək".

Xəbərlər departamenti

Gündəm