Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək
20.09.2020 21:46 Cəmiyyət

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

Xəbər verdiyimiz kimi, erməni girovluğunda qalan Dilqəm Əsgərovun su altında qalan torpaq sahəsinə görə Melorasiya və Su Təsərrüfatı ASC tərəfindən maddi ziyan ödəniləcək.

"MediaPost" Moderator.az-a istinadən xəbər verir ki, bu haqda D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

"Bizim bu məsələyə görə ötən dəfə qurumun sədri hörmətli Əhməd müəllimlə (Əhməd Əhmədzadə) telefon danışığımız olmuşdu. O, söhbət zamanı problemin həll ediləcəyini bildirmişdi. Bu gün isə mən idarənin işçiləri ilə bir daha görüşdüm və onlar atamın su altında qalan ferma və torpaq sahəsinə görə qiymətləndirmə apardılar. Onlar 149 min 300 manat maddi ziyan təyin etdilər və biz də bununla razılaşdıq. Mən də buna görə bank hesabı açdım və yaxın vaxtlarda həmin pul hesabıma köçürüləcək”, - o bildirib.

Xəbərlər departamenti

Gündəm