Dilqəm Tağıyev “Şöhrət” ordeni ilə təltif edilib
28.12.2019 15:35 Rəsmi

Dilqəm Tağıyev “Şöhrət” ordeni ilə təltif edilib

"MediaPost" xəbər verir ki, sərəncamla Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Dilqəm Bəbir oğlu Tağıyev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, gələn il yanvarın 6-da Azərbaycan kimyaçı alimi, AMEA-nın vitse-prezidenti, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru Dilqəm Tağıyevin 70 yaşı tamam olur.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm