DİM onlayn imtahan keçirməyə hazırdır
21.04.2020 11:02 Təhsil

DİM onlayn imtahan keçirməyə hazırdır

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, bu məsələ karantin rejimi qaydalarının nə dərəcədə dəyişməsindən asılıdır:

“Onlayn imtahan keçirmək üçün DİM hazırdır. Lakin təhlükəsizliyi izləmək çox ciddi məsələdir və bunu təmin etmək üçün böyük maddi resurs lazımdır. Bu imtahanlarda tək online yox offline imtahanlar da müzakirə olunur. Bununla bağlı Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Onların teledərslər aparması təcrübəsini də öyrənirik”.

"Hazırda Nazirlər Kabinetinin magistratura səviyyəsi üzrə vakant yerlərin sayının təsdiqini gözləyirik. Bundan sonra ixtisas seçimi mərhələsini başlaya biləcəyik. Yalnız qabiliyyət imtahanı məsələsi qalıb, bunun da online yoxsa offline keçirilməsi müzakirə olunur", - DİM sədri əlavə edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm