DİM: Vəkil olmaq istəyən 135 namizəd müsabiqə şərtini ödəyib
31.01.2020 11:34 Təhsil

DİM: Vəkil olmaq istəyən 135 namizəd müsabiqə şərtini ödəyib

Mərkəzdən "MediaPost"a verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib.

İmtahan kompüter vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 240 namizəd qeydiyyatdan keçib, 7 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 233 namizəddən 135 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Xəbərlər departamenti

Gündəm