DİN Ağcabədidə qadınların təmizlik işçisini döyməsinə münasibət bildirib
26.12.2019 12:50 Hadisə

DİN Ağcabədidə qadınların təmizlik işçisini döyməsinə münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan MediaPost-a verilən məlumata görə, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Məlumata görə, hadisə ailə münaqişəsi zəmində baş verib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında Kommunal Təsərrüfat Birliyinin işçisini döyməsi ilə bağlı görüntülər yayılıb.

MediaPost

Xəbərlər departamenti

Gündəm