DİN avtobusda gənc qızın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib
21.12.2019 11:10 Hadisə

DİN avtobusda gənc qızın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Nazirlikdən Mediapost.az-a verilən məlumata görə, bu gün sosial şəbəkə istifadəçilərindən biri Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc bir qızı qətlə yetirməsi barədə status yazıb: “Bildiririk ki, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb. Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”.

Xəbərlər departamenti

Gündəm