DİN bayraq formasındakı kisələrə zibil dolduran şəxsi axtarır
24.02.2020 09:29 Cəmiyyət

DİN bayraq formasındakı kisələrə zibil dolduran şəxsi axtarır

Yaşayış binalarından birinin həyətində üzərində Azərbaycanın üçrəngli bayrağının əksi olan kisələrə zibil doldurulmasını əks etdirən fotolar paylaşılıb. Sözügedən fotolar cəmiyyətdə birmənalıı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri dövlət rəmzi olan bayrağa belə münasibəti dövlətə və əsgərlərimizə hörmətsizlik kimi qiymətləndiriblər.

“MediaPost”a danışan Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məsələdən xəbərdar olduqlarını bildirib:

“Sosial şəbəkələrdə bayraqla bağlı paylaşılan sözügedən foto ilə tanışıq. Məsələ araşdırılacaq”.

DİN bayraq formasındakı kisələrə zibil dolduran şəxsi axtarır

Xəbərlər departamenti

Gündəm