DİN-dən avtomobilin damında bayraq çəkilməsi ilə bağlı - AÇIQLAMA
14.04.2020 13:47 Kriminal

DİN-dən avtomobilin damında bayraq çəkilməsi ilə bağlı - AÇIQLAMA

"MediaPost"un xəbərinə görə, polis ondan tələb edib ki, bayraq oradan sökülməlidir. Burada sürücü özünü haqlı sayaraq polisin tələbini düzgün hesab etməyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məsələyə aydınlıq gətirib.

"Birdəfəlik bilməliyik ki, dövlət bayrağından harda gəldi, necə gəldi istifadə etmək olmaz. O, Azərbaycanin suverenliyinin rəmzidir. Hər bir vətəndaş, eləcə də ölkəmizdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanin Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları Azərbaycan Respublikasının "Dövlət bayrağı haqqında Qanunu" ilə tənzimlənir və orada da konkret göstərilir ki, dövlət bayrağı hansı yerlərdə qaldırıla və yerləşdirilə bilər. Nəqliyyat vasitələrində dövlət bayrağının təsvirindən örtük və ya pərdə kimi istifadə isə qətiyyən yolverilməzdir. Bayrağa hörmət edən şəxs onu “Pikap”ın yük yerinə bəzək üçün çəkməz. Ona görə də həmin sürücüdən fərqli olaraq dövlət bayrağına hörmətlə yanaşan polis əməkdaşınin tələbi tam haqlıdır və dərhal da qeyd-şərtsiz icra edilməlidir", deyə E.Zahidov bildirib.

Xəbərlər departamenti

Gündəm