DİN-dən PA-nın açıqlaması ilə bağlı münasibət
19.02.2020 11:22 Gündəm

DİN-dən PA-nın açıqlaması ilə bağlı münasibət

Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məqaləsində polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlərdən bəhs edib.

O bildirib ki, şikayətlər istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı, yol polisinin fəaliyyəti və sair məsələlərlə bağlıdır.

S.İsmayılov bütövlükdə polisin fəaliyyətinə dair daxil olan şikayətlərin Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonları, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Ağstafa, Goranboy, Göyçay, Göygöl, Lerik və digər şəhər və rayonlardan nisbətən çox olduğunu söyləyib.

Nöqsana yol verən polislər...DİN-dən AÇIQLAMA

Məsələ ilə bağlı “MediaPost”a danışan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov sözügedən şikayətlərlə bağlı məlumatlı olduğunu deyib:

“Nöqsana yol verən polis əməkdaşları barəsində indiyə qədər müvafiq tədbirlər görülüb və bundan sonra da görüləcək. Barəsində şikayət daxil olan polis əməkdaşları qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılır”, - E.Zahidov bildirib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm