DİN-dən vətəndaşlara MÜRACİƏT
22.09.2023 15:57 Cəmiyyət

DİN-dən vətəndaşlara MÜRACİƏT

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

MediaPost-un məlumatına görə, müraciətdə deyilir:

"Sosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən "Linkə keçid et, hədiyyə qazan" və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun. “Hədiyyə qazandınız” kimi anidən gələn gözlənilməz mesajlara inanmayın!

Belə linklərə klikləməyin, şəxsi məlumatlarınızı paylaşmayın, heç bir ödəniş etməyin".

Xəbərlər departamenti

Gündəm