DİN deputatlığa namizədlərlə bağlı araşdırmalar aparacaq
07.02.2020 11:50 Gündəm

DİN deputatlığa namizədlərlə bağlı araşdırmalar aparacaq

Bu barədə “MediaPost"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı nazirlik tərəfindən araşdırmalara başlanılacaq.

Qeyd edək ki, fevralın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd F.Ağamalının Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə görüşündə insident baş verib. F.Ağamalı “Report”a deyib ki, deputatlığa namizəd Kamil Müsəvi müxtəlif bölgələrdən gətirdiyi insanlar ilə birlikdə aqressiv şəkildə üzərinə hücum edib. Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə də yayılıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm