DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yayıb
12.12.2019 10:14

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yayıb

DİN-in Mətbuat Xidmətindən Mediapost.az-a verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

Xəbərlər departamenti

Gündəm