DİN Şəkidə baş verən qətllə bağlı məlumat yayıb
30.01.2020 10:15

DİN Şəkidə baş verən qətllə bağlı məlumat yayıb

DİN-dən "MediaPost"a verilən məlumata görə, yanvarın 29-da saat 20 radələrində Şəki Şəhər Roayon Polis Şöbəsinə yaşayış olmayan bir evin həyətində şəhər sakini, əvvəllər məhkum olunmuş Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini O.Yusifli və onun qohumu A.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm