DİN Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb
27.11.2019 16:54

DİN Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən Mediapost.az-a verilən məlumata görə, noyabrın 26-da saat 18 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində rayon sakini Rafiq İsmayılov idarə etdiyi “VAZ-21104” markalı avtomobili qarşıda gedən həmyerlisi E.Cəfərovun idarə etdiyi ekskavatora vurub və idarəetməni itirdiyindən yolun kənarındakı çökəyə düşüb. Nəticədə R.İsmayılov və sərnişini olan qardaşı qızı xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm