DİN Şəmkirdə məktəb direktorunun öldüyü qəza ilə bağlı məlumat yayıb
14.04.2020 10:37 Hadisə

DİN Şəmkirdə məktəb direktorunun öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN-in Mətbuat Xidmətindən "MediaPost"a verilən məlumata görə. aprelin 13-ü saat 19 radələrində Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində şəhər sakini Xəqani Abbasovun idarə etdiyi “VAZ-21214” markalı minik və Tovuz rayon sakini K.Hüseynzadənin idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub.

Nəticədə X.Abbasov və sərnişini Eyvaz Vəliyev hadisə yerində ölüblər.

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, E.Vəliyev Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru olub.

Xəbərlər departamenti

Gündəm