"Diplomatlar Çin laboratoriyasında gördüklərindən dəhşətə gəlmişdilər" - ABŞ-ın nüfuzlu qəzet
14.04.2020 20:54 Dünya

"Diplomatlar Çin laboratoriyasında gördüklərindən dəhşətə gəlmişdilər" - ABŞ-ın nüfuzlu qəzet

ABŞ-ın Çindəki səfirliyi 2018-ci ilin yanvar ayında alimlərdən ibarət bir qrupu hələ 2015-ci ildən bioloji təhlükəsizlik üzrə ilk laboratoriyaya sahib Uhan Virusologiya Universitetinə ezam edib.

“MediaPost” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların nüfuzlu “The Washington Post” qəzeti məqalə hazırlayıb. Amerikalı diplomatlar həmin laboratoriyada gördüklərindən o qədər dəhşətə gəlmişdilər ki, təcili olaraq Vaşinqtona iki diplomatik nümayəndə heyəti göndərmişdilər.

Qəzetin yazdığına görə, laboratoriyada olan şəxslərdən biri oradakı təhlükəsizlik tədbirlərinin yetərli olmamasından, eləcə də işçi personalının çatışmazlığından söz açıb. Həmçinin qeyd olunub ki, laboratoriyada koronavirusun yarasalarda olub-olmadığı araşdırılıb və virusun insanlara ötürülmə təhlükəsi ciddi narahatlıq doğurub.

Qəzetin yazdığına görə, COVID-19-un süni yaradıldığına dair heç bir dəlil tapılmayıb və iddia olunur ki, koronavirus insanlara heyvanlardan keçir.

Kaliforniya universitetinin Berkli İnformasiya Məktəbinin əməkdaşı Syao Tsyan açıqlamasında bildirib ki, potensial virus təhlükəsi məhz Çindəki labaratoriyadan yayıla bilər: "Əgər bu labaratoriyada deyildiyi kimi təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmayıbsa, o zaman ictimai sağlamlıqla bağlı narahat olmağa dəyər".

Qeyd edək ki, koronavirusun süni şəkildə yaradıldığına dair sübutlar olmasa da, bu fikirlər ABŞ-da geniş müzakirələrə səbəb olub.

Xəbərlər departamenti

Gündəm