Diş ağrılarının səbəbi və həlli yolları
01.11.2019 12:49 Fikirlər

Diş ağrılarının səbəbi və həlli yolları

Diş ağrıları hamının səhhətində yarana biləcək problemlərdəndir. Bu ağrılar əlverişsiz şəraitdə insanı yaxalayır və belə anlarda həkimə müraciət etmək çətin məsələyə çevrildiyindən insan özü problemin öhdəsindən gəlmək məcburiyyətində qalır.

Mediapost.az diş ağrılarından qurtulmağın yollarını, bu probemi ortaya çıxaran səbəbləri araşdırıbD.

Diş ağrıların müxtəlif səbəbləri ola bilər. Belə sinir qıcıqlanmarı əsasən, yemək yedikdən sonra şiddətləndiyindən qidadan dolayı ortaya çıxdığı düşünülür. Bu, əslində, yediyimiz qidadan deyil, dişlərin arasında və çürüklərdə yığılan qalıqlardan yaranır. Dişlərin arasında qalan yemək qırıntıları turşuya çevrildiyinə görə, diş sinirlərini narahat etməyə başlayır. Nəticədə dişdə sızıltılaya bənzər ağrılar ortaya çıxır. Bu səbəbdən yemək yedikdən dərhal sonra dişlərin təmizlənməsi vacibdir.

Ciddi yanaşmadıqda və keçici vasitələrlə ağrıların qarşısını aldıqdan sonra bu, böyük infeksiyalara səbəb ola bilər. Uzun müddət davam edən çürüklər və diş ətindəki iltihablar daha sonra üzdə şişkinliklərin yaranması ilə nəticələr. Bundan əlavə, isti-soyuq həssaslığı və dişdə qırılmalara qədər gətirib çıxarma ehtimalı var. Mədəsində həssalıq olan insanlarda ağır və pis qoxu səbəbindən mədə bulantısı problemi də ortaya çıxa bilər. Diş ağrılarının çənə sümüyündə də problemlərin meydana gətirdiyi bildirilir.

İndi isə bu ağrıların öhdəsindən gəlmək üçün müxtəlif vasitələri təqdim edirik:

Sarımsaq
İki diş sarımsağı əzib ağrıyan dişin üzərinə qoyduqdan sonra dişləri bir-birinə sıxmaq lazımdır. Sarımsaqdan dolayı ağızda acılıq yaranacaq, amma 15 dəqiqə sonra ağrılardan xilas olacaqsınız.

Diş çöpü və sap
Diş fırçalamaq üçün imkan olmadıqda, diş çöpünü və ya sapı spirtlə dezinfeksiya etdikdən sonra dişlərin arasını yemək artıqlarından təmizləyin.

Yastıq
Dişlər əsasən gecə saatlarında ağrımağa başlayır. Bu isə uzun müddət çəkə bilər. Yataqda uzanmış vəziyyətdə olarkən qan təzyiqinin başa vurması və çənə hissəyə təsir etməsi ağrılara səbəb olur. Bunun üçün böyük yastıqdan istifadə edərək ağrının öhdəsindən gəlmək mümkündür.

Buz
Buz bir çox yara və travmalara faydası olduğu kimi diş ağrılarında da effektiv vasitədir. Bunun üçün buzu dəsmal və ya parçaya bükərək üzün ağrıyan hissəsinə sıxmaq lazımdır. Birbaşa buzu üzə vurmaq xoşagəlməz sonluqla nəticələnə bilər.

Duz və üzüm sirkəsi.
Qısa müddətlik yardımlardan biri də duzlu su və ya sirkə ilə qarqara etməkdir. Bu, ağrını səngidir, eləcə də dişi keyidir.
Vanil, badam, limon, nanə ekstraktını pambıqla dişlərə sürtmək və ya adıçəkilən məhlullarla tampon etmək olar.

Çay ağacı yağı
Effektiv vasitələrdən hesab olunan çay ağacı yağı iki üsulla istifadə edilə bilər. Bu metoddan yararlanarkən həm sözügedən yağı pambığa iki damcı tökməklə dişə tətbiq etmək, eyni zamanda məhlulu ilıq suya qataraq bir neçə dəqiqə qarqara da etmək olar.

Qərənfil və qərənfil yağı
Qərənfil dənələri ağız qoxusunda olduğu kimi dişlərin keyiməsində və ağrının yüngülləşməsində də effektivdir. Dənələri ağrı olan hissədə 4-5 dəqiqə çeynədikdən sonra təsirini göstərir. Həmçinin yuxarıda qeyd etdiyimiz kimi pampıqla da eyni üsulla tətbiq edilə bilər.

Oxşar ağrıkəsici vasitələr sırasına soda, zəncəfil, acı bibər, çörəkotu, buğda otu, qara bibər də aiddir. Bu yolla siz diş ağrılarından xilas ola bilərsiniz. Lakin vurğulamaq lazımdır ki, hər bir halda həkimə müraciət etmək məsləhətdir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm