“Doğma övladımı saxlaya bilmədim...” – Afaq Gəncəli
04.08.2020 12:34 Şou-biznes Mədəniyyət

“Doğma övladımı saxlaya bilmədim...” – Afaq Gəncəli

Aparıcı Afaq Gəncəli “Övladlığa uşaq götürürərsiniz?” sualını cavablandırıb.

“MediaPost” xəbər verir ki, o, bu barədə “ATV maqazin onlarla” verilişinin “33 sual” rubrikasında danışıb.

“Uşaqları dəhşətli dərəcədə çox sevirəm. Onların dilini tapan insanam. Amma Allah və hər kəs günahımdan keçsin. Mən bunu edə bilmərəm. Doğma övladımı saxlaya bilmədim. Başqa ailənin övladına bunu etsəm, özümü bağışlaya bilmərəm. Sabah bir şey baş versə, özümü 10 qat günahkar hiss edərəm. O, əmanətdir. Söz verirəm ki, onu saxlayacağam, boya-başa çatdıracağam. Bunu edə bilməsəm, özümü öldürməliyəm. Çünki bu, Tanrı qarşısında böyük məsuliyyətdir”.

Qeyd edək ki, A.Gəncəlinin 12 yaşlı oğlu Qədirxan 2015-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

img

Xəbərlər şöbəsi

Gündəm