Dolların “qatili” olan valyuta sürətlə güclənir
24.04.2020 09:14 İqtisadiyyat

Dolların “qatili” olan valyuta sürətlə güclənir

“MediaPost” xəbər verir ki, neft qiymətlərinin düşməsi və koronaviorus pandemiyası fonunda bütün dünya ölkələri iqtisadi böhrandan çıxış yolu axtardığı bir dövrdə Çin artıq özünübərpaya başlayıb. Belə ki, Çinin təqdim etdiyi rəqəmsal yuan (CBDC) kriptovalyutasını artıq "dolların qatili" adlandırırlar. CBDC-nin gücünə görə, ABŞ dollarından üstün olduğu və bu valyutanın dünya ağalığına son qoymaq iqtidarında olduğu bildirilir.

Çin analitiklərinin fikrincə, rəqəmsal yuan Çinə imkan verəcək ki, milli valyutası kriptovalyuta formatına daxil olmaqla ABŞ dollarını elektron ödənişlər sistemindən çıxarsın.

CBDC üçün yaradılan tətbiq istifadəçilərinə imkan verir ki, bir hesabdan digərinə vəsait köçürsün. Bundan başqa tətbiq ödənişlər və köçürmələr üçün QR kodlar yaratmağa, həmçinin Bluetooth və NFC dəstəyi olan qurğular vasitəsilə oflayn ödənişlər aparmağa imkan verir.

Bundan başqa qeyd edilən tətbiqdə "rəqəmsal valyuta mübadiləsi" düyməsi var və bu da imkan verir ki, adi bank hesabından rəqəmsal yuana pul köçürmə mümkün olsun. Mütəxəssislər bunu iqilabi texnologiya adlandırırlar.

Artıq may ayından etibarən sınaq kimi Sucjou şəhərinin bir rayonunda dövlət işçiləri əməkhaqlarını rəqəmsal yuan ilə alacaqlar. Çin Xalq Bankının açıqlamasına görə, rəqəmsal yuanı kriptovalyutalardan fərqli olaraq bütün əməliyyatlarda tətbiq etmək mümkün olacaq.

Qeyd edək ki, Çin rəqəmsal yuan üzərində 2014-cü ildən çalışır. Hazırda isə koronavirus pandemiyası dolların mövqelərini zəiflətməsi, adıçəkilən ölkəyə imkan verəcək ki, dünya bazarına öz milli rəqəmsal pulunu tətbiq etsin. Bununla da dollar beynəlxaq valyuta bazarından sıxışdırılıb çıxardıla bilər.

Xəbərlər departamenti

Gündəm