Donald Tramp 2020-ci il üçün rekord hərbi büdcəni imzalayıb
22.12.2019 09:16 Xarici siyasət

Donald Tramp 2020-ci il üçün rekord hərbi büdcəni imzalayıb

AZƏRTAC Amerika telekanallarına istinadla xəbər verir ki, Senat tərəfindən təsdiqlənən büdcəyə “Şimal axını 2” və “Türk axını” qaz kəmərləri layihəsinin reallaşdırılması ilə məşğul olan kompaniyalara qarşı sanksiyalar da daxil edilib.

Sənədə əsasən, Pentaqonun baza ehtiyacları üçün 635 milyard dollar ayrılır. Vəsaitin 71,5 milyard dolları Əfqanıstan, Suriya, Yəmən və başqa ölkələrdə antiterror əməliyyatlarının davam etdirilməsinə, 31,5 milyard dolları isə nüvə silahının döyüş qabiliyyətinin saxlanmasına və onun modernləşdirilməsinə, həmçinin digər hərbi ehtiyaclara yönəldilir.

Büdcədə ABŞ-da yeni qoşun növünün – kosmik qoşunlarının yaradılması və Ukraynaya 300 milyon dollar həcmində yadım ayrılması da nəzərdə tutulub.

Qeyd edək ki, Birləşmiş Ştatların hazırkı büdcəsi əvvəlkindən 3,1 faiz çoxdur.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm