Donald Tramp: "ABŞ İranla sülhə hazırdır"
09.01.2020 06:26 Xarici siyasət

Donald Tramp: "ABŞ İranla sülhə hazırdır"

"Report" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

"İran xalqına və hökumətinə müraciət edirəm. Biz istəyirik ki, sizin layiq olduğunuz böyük gələcəyiniz olsun. Birləşmiş Ştatlar sülh istəyən bütün ölkələrlə sülhə hazırdır", - o qeyd edib.

D.Tramp deyib ki, ABŞ həmçinin NATO-nun bundan sonra Yaxın Şərqdə daha çox aktiv olmağını istəyir.

“ISNA” xəbər agentliyi xəbər verir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın bölgədəki mövcudluğunun tezliklə başa çatacağını bildirib:

“Region dövlətləri ABŞ-ın təhlükəli sərgüzəştlərindən ciddi narahatdırlar. ABŞ-a qarşı mövcud olan nifrət miqyasına əsaslanasaq, ölkənin bölgədəki mövcudluğuna bir neçə gün qalıb. Əlbəttə, ABŞ-ın bölgədə gələcəyi yoxdur.

Cəhalət və təkəbbür, birləşərsə təhlükəli nəticələrə səbəb olar. Son addımların nəticəsi göstərdi ki, ABŞ prezidenti Donald Tramp məhz belə insanlarla əhatə olunub”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm