Donald Trampın vəkili Maduro ilə gizli danışıqlarda iştirak edirmiş
31.12.2019 09:15 Xarici siyasət

Donald Trampın vəkili Maduro ilə gizli danışıqlarda iştirak edirmiş

“MediaPost” gordonua.com saytına istinadən xəbər verir ki, 2018-ci ildə Donald Trampın vəkili Rudolf Culiani ABŞ və Venesuela prezidentləri arasında telefon danışıqlarında iştirak edib. Bu, ABŞ-ın Maduronu hakimiyyətdən uzaqlaşdırılmasının “gizli cəhdləri” idi.

Məlumatda bildirilir ki, Maduro 2018-ci il prezident seçkisində qalib gəldikdən sonra Tramp administrasiyası və bir neçə amerikalı biznesmen Maduronun hakimiyyətdən uzaqlaşdırılması üçün “gizli diplomatik səylər” göstəriblər. Həmin danışıqlarda Culiani və respublikaçı konqresmen Pit Seşns də iştirak edib.

В сентябре 2018 года Джулиани (на фото) неофициально контактировал с Мадуро

2018-ci ilin sentyabrında Culiani və Seşns Maduro ilə qeyri-rəsmi telefon danışığı aparıb. Ağ evin əməkdaşları Trampın şəxsi vəkilinin bu danışıqlara niyə cəlb edildiyini bilmirdilər. Bundan başqa, onun Maduro ilə konkret nəyi müzakirə etdiyi də məlum deyil.

Həmsöhbətlərin birinin məlumatına görə, Culiani ilə Maduronun ünsiyyətinə ABŞ Dövlət Departamentində nəzarət edilirdi.

Xatırladaq ki, Venesuelada siyasi böhran davam edir. 2019-cu ilin yanvarın 10-da seçkidə qalib gəlmiş Maduro prezident andını içib. Yanvarın 15-də müxalifətin nəzarətində olan parlament Maduronu qeyri-legitim olduğunu elan edib.

Yanvarın 23-ü parlamentin sədri Xuan Quaydo özünü prezident səlahiyyətlərinin icraçısı elan edib. ABŞ, Latın Amerikası və Aİ-nin bir çox ölkələri Quaydonu müvəqqəti prezident olaraq tanıyıb. Rusiya isə Maduronu dəstəkləyib.

Alparslan Öztürk

Xəbərlər departamenti

Gündəm