Doqquz ayda Bakıda 1,6 milyon tondan çox dizel yanacağı istehsal olunub
31.10.2019 14:01 İqtisadiyyat

Doqquz ayda Bakıda 1,6 milyon tondan çox dizel yanacağı istehsal olunub

Cari ilin 9 ayında Bakıda 1 milyon 635,4 min ton dizel yanacağı istehsal edilib.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, yanvar-sentyabr aylarında paytaxtda 914,9 min ton avtomobil benzini, 202,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 460,1 min ton ağ neft, 95 min ton yanacaq mazutu, 17 min ton sürtkü yağları, 189,1 ton neft koksu və 185 min ton neft bitumu istehsal olunub.

Xəbərlər departamenti

Gündəm