DOST-un binasındakı "erməni bayrağı" ittihamına RƏSMİ REAKSİYA
29.07.2020 13:52 Gündəm Cəmiyyət

DOST-un binasındakı "erməni bayrağı" ittihamına RƏSMİ REAKSİYA

Ötən gün sosial şəbəkələrdə 2 saylı Bakı Dost Mərkəzinin binasının dizaynında istifadə olunan rənglərin Ermənistanın bayrağı ilə uyğunlaşdırılması müzakirələrə səbəb olub. 

“MediaPost” xəbər verir ki, bununla bağlı açıqlama verən DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev bildirib ki, sosial şəbəkələrdə paylaşılan şəkillər təhrif edilib:

"Niyə bunu ediblər? Və niyə məhz indi, həmin mərkəzin açılışından 7 ay sonra ediblər? Belə ucuz “sensasiya” yaratmaqda məqsəd nədir? - Bunun səbəbini dəqiq deyə bilmərik. Sadəcə bir faktı qeyd edək ki, məlumatı ilk paylaşan səhifə xaricdən idarə olunur.
Binanın üzərindəki rənglərə gəldikdə isə biz hələ DOST Agentliyinin inzibati binası və ilk DOST Mərkəzinin açılışı vaxtı ictimaiyyətə məlumat vermişdik ki, burada qədim Azərbaycan kilimlərinin rəng çalarlarından istifadə edilib. Əgər hər hansı bir qondarma bayraqda bu rənglərdən istifadə edilibsə, bu o demək deyil ki, biz onlardan imtina etməliyik. Bu bizim tariximiz, mədəniyyətimizin rəngidir. Bu, yaşı minilliklərlə ölçülən qədim mədəniyyətimizin vacib tərkib hissəsi – Azərbaycan kilimlərinin rəngləridir. Azərbaycan xalqı bu rənglərdən istifadə edəndə, bu rəng çalarları Azərbaycan mədəniyyətinin, məişətinin bir hissəsi olanda Ermənistan heç mövcud deyildi.
Düşünürük ki, biz düşmənin və ona xidmət edən ünsürlərin səviyyəsinə enib onlarla yalan və qarayaxma müstəvisində mübarizə aparmamalıyıq. Biz yalnız həqiqəti deyərək, bu cür cılızlıqların fövqündə olmalıyıq. Çünki qat-qat daha qədim, daha böyüyük!"

img


 

Məleykə Ağasoy

Gündəm