Dövlət agentliyi məktəb tikintisi üçün 16 milyonluq müqavilə imzalayıb
03.03.2020 07:00 İqtisadiyyat

Dövlət agentliyi məktəb tikintisi üçün 16 milyonluq müqavilə imzalayıb

“MediaPost” xəbər verir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Gəncə şəhərində inşa ediləcək məktəb tikintisi üçün keçirdiyi tenderlərin qaliblərini açıqlayıb.

MİDA Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi, Lot-2 - 1170 şagird yerlik orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi üçün “HN Construction” MMC ilə 6 milyon 863 min manatlıq, “Hünər İnşaat Firması” ilə isə Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi, Lot-1 - 10, 11 və 12 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi ilə bağlı 9 milyon 580 min manatlıq müqavilə imzalanıb.

Xəbərlər departamenti

Gündəm