Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni təyinat olub
10.08.2020 13:43 İnfrastruktur İqtisadiyyat

Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni təyinat olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni təyinat olub.

“MediaPost” xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni rəis müavini Fərid Bağırov təyin edilib.
41 yaşlı Fərid Bağırov bundan əvvəl Vergilər, İqtisadi İnkişaf Nazirliklərində, Dövlət Dəniz Administrasiyası, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, “Azərbaycan Hava yolları” QSC, Əmlak Məsələləri Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə çalışıb.
Ailəlidir, 3 övladı var.

Billurə Yunus / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm