Dövlət Duması ukraynalıların Rusiyaya yeni giriş qaydalarını şərh edib
18.12.2019 14:28 Xarici siyasət

Dövlət Duması ukraynalıların Rusiyaya yeni giriş qaydalarını şərh edib

Mediapost.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Ruslan Balbek “RİA Novosti”yə açıqlamasında bildirib.

“Kiyevin ukraynalıların Rusiyaya daxili pasportlarla girməsini qadağan etməsi qərarı simvolikdir”, - deyə deputat söyləyib.

O əlavə edib ki, Ukraynanı Rusiyadan kənarlaşdırmaq cəhdləri uğursuz oldu, ukraynalılar qohumlarını ziyarət etmək, işləmək üçün Rusiyaya gəlib-gedirlər.

Xatırladaq ki, dekabrın 18-də Ukraynanın baş naziri Aleksey Qonçaruk 2020-ci ilin mart ayından başlayaraq qonşu dövlətin ərazisinə getmək üçün ukraynalıların xarici pasporta sahib olmalarının lazım olacağını söyləyib. Ukrayna xarici işlər nazirliyi sadələşdirilmiş sərhəd keçid rejimində dövlət təhlükəsizliyinə təhdid olduğunu hesab edir.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm