Dövlət Gömrük Komitəsi 3 bankla əməkdaşlığı dayandırıb
04.02.2020 14:09 İqtisadiyyat

Dövlət Gömrük Komitəsi 3 bankla əməkdaşlığı dayandırıb

“MediaPost” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, qurumun əməkdaşlığı dayandırdığı banklar “Bank Avrasiya”, “Bank BTB” və “Premium Bank” ASC-lərdir. Gömrük xidməti göstərməyə davam edən banklar isə “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank”, “Azər-Türk Bank”, “Bank Respublika”, “Turan Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Adları çəkilən kredit təşkilatlarından ilk 6-da bir zəmanətin maksimal məbləği 1 milyon ABŞ dolları, eyni zamanda verilən zəmanətlərin maksimal məbləği isə 2 milyon dollar təşkil edir. Qalan 4 bank üzrə isə sözügedən məbləğlər müvafiq olaraq 250 min dollar və 500 min dollardır.

Xəbərlər departamenti

Gündəm