Dövlət işçilərin maaşını ödəyəcək, sahibkarlara yardım ediləcək - Bu rayonlarda
06.11.2020 15:17 İqtisadiyyat

Dövlət işçilərin maaşını ödəyəcək, sahibkarlara yardım ediləcək - Bu rayonlarda

Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərər alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib.

Operativ Qərargahdan "MediaPost"a verilən məlumata görə, qərara əsasən, 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində bir sıra məhdudiyyətlər tətbiq olunub.

Bununla bağlı olaraq İqtisadiyyat Nazirliyi tərəfindən bu şəhər və rayonlarda muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.

Könül Vəliyeva

Gündəm