Dövlət Neft Fondu bu sahəyə 10 milyon manat ayıracaq
27.02.2020 14:38 İqtisadiyyat

Dövlət Neft Fondu bu sahəyə 10 milyon manat ayıracaq

ARDNF-in 2020-ci il üçün təsdiq edilmiş büdcəsinə əsasən fond tərəfindən yeni bir layihənin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

"MediaPost" xəbər verir ki, bu barədə ARDNF-in icraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.

"Bu layihənin əsas məqsədi Azərbaycan təhsil sisteminin inkişafı, ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və beynəlmilləşdirilməsi, eləcə də təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsindən ibarətdir. Proqrama əsasən yüksək potensiallı gənc alimlərin dünyanın aparıcı universitetlərində doktorantura proqramları üzrə təhsil xərcləri, habelə bir sıra seçilmiş dünya universitetləri ilə birgə ikili diplom təhsil proqramları ARDNF tərəfindən maliyyələşdiriləcək"- deyə o qeyd edib.

Xəbərlər departamenti

Gündəm