Dövlət Neft Fondunun Çin milli valyutasına nə qədər investisiya etdiyi açıqlanıb
28.02.2020 08:34 İqtisadiyyat

Dövlət Neft Fondunun Çin milli valyutasına nə qədər investisiya etdiyi açıqlanıb

“MediaPost” ARDNF-yə istinadən xəbər verir ki, fondun 43 milyard 323 milyon dollarlıq investisiya portfelinin 56,6% dollarda, 31,4% avroda, 5,1% İngilis funt sterlinqində, 0,6% Avstraliya dollarında, 0,8% Türkiyə lirəsində, 0,85 Rusiya rublunda, 0,5% Koreya vonunda, 1,2% Çin yuanında, 1,5% Yapon yenində, 1,5% isə digər valyutalarda yerləşdirilib.

Fondun dollarda olan portfelinin 4 930,1 milyonu və ya 11,4%-ni qızıla olan investisiyalar təşkil edib.

Xəbərlər departamenti

Gündəm