Dövlət qurumu avtomobillərini təmir edəcək - ŞİRKƏT AXTARIR
17.02.2020 09:00 İqtisadiyyat

Dövlət qurumu avtomobillərini təmir edəcək - ŞİRKƏT AXTARIR

Azərbaycan Respublikasının Hesablama Palatası balansında olan avtomobillər üçün sürtkü materiallarının, cari və əsaslı təmir işlərinin satınalınması ilə bağlı 3 lot üzrə kotirovka sorğusu həyata keçirir.

“MediaPost” xəbər verir ki, Lot 1: Hesablama Palatasının balansında olan avtomobillərə sürtkü materiallarının satınalınması, Lot 2: Hesablama Palatasının balansında olan avtomobillərin cari təmir işlərinin görülməsi, Lot 3: Hesablama Palatasının balansında olan avtomobillərin əsaslı təmir işlərinin görülməsidir.

İddiaçılar təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 20 fevral 2020-ci il tarixdə saat 17:00-a qədər Azərbaycan Respublikasının Hesablama Palatasının Tender komissiyasına təqdim etməlidirlər. Zərflər 21 fevral 2020-ci il tarixdə saat 11:00-da aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər. İddiaçılar kotirovka sorğusunun əsas şərtlər toplusunu Hesablama Palatasının inzibati binasında əlaqələndirici şəxsdən əldə edə bilərlər. Əlaqələndirici şəxs: Nizami Alməmmədov Telefon: (012) 493-32-11 (daxili 252) Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 33, AZ1000 E-mail: [email protected]

Xeybər Heydərov

Xəbərlər departamenti

Gündəm