Dövlət qurumu “novostroyka”lar alır
21.02.2020 06:20 İqtisadiyyat

Dövlət qurumu “novostroyka”lar alır

“MediaPost” xəbər verir ki, nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması üçün tender elan edib.

Mənzillər Bakı şəhəri və ətrafında, həmçinin Gəncə şəhərində 1,2,3 otaqlı olmaqla alınacaq. Ümumilikdə 300 mənzil alınacaq.

Təklif olunan mənzillər tam təmirli olmalı, kommunikasiya xətləri mövcud olmalı və kommunal borcları olmamalıdır. Mənzillərin Dövlət Komitəsi tərəfindən verilmiş çıxarışları olmalıdır. Tenderdə iştirak haqqı 100 manatdır.


Xəbərlər departamenti

Gündəm