“Dövlət teatrı olmağın müəyyən məhdudiyyətləri var..." - Teatrşünasdan ŞƏRH
Teatr sənəti uzun və keşməkeşli inkişaf yolu keçmişdir. Yaradıcılığın mürəkkəb proseslərində müxtəlif dövrlərdə, siniflər, partiyalar cəmiyyət üzvlərini, ictimaiyyəti, kütləni öz tərəfinə çəkmək məqsədi ilə, bədii ifadə vasitələrindən çox bacarıqla istifadə edə biliblər. Teatrlar müstəqil və dövlət olmaqla iki yerə ayrılır.
Bəs dövlət teatrının müstəqil teatrla müqayisədə hansı məhdudiyyətləri var?
Mövzu ilə bağlı MediaPost-a açıqlama verən teatr tənqidçisi Aliyə Dadaşova bildirib ki, adi vətəndaş büdcəyə vergi ödəyir, onun verdiyi pullara görə keyfiyyətli tamaşaya baxmaq haqqı var:
“Dövlət teatrı olmağın müəyyən məhdudiyyətləri var, deyək ki, senzura ola bilər və ya mexanizm yaradıcı adam üçün əlverişli deyil, maaşlar aşağıdır. Amma bu, o demək deyil ki, teatr desin ki, bilirsiniz, mən dövlət teatrıyam ona görə tamaşalarım bir az darıxdırıcı və ciddidir. Adi vətəndaş büdcəyə vergi ödəyir, teatr da dövlət sifarişi ilə tamaşalar hazırlayır, onun verdiyi pullara görə keyfiyyətli tamaşaya baxmaq haqqı var. Teatr adamları düşünür ki, teatr dövlətin köməyi olmasa fiziki olaraq yaşaya bilməz. Bunu teatrşünaslar da deyir. Az da olsa dövlət teatrı aktyorlara maaş verə bilir. Amma bir fakt da var ki, dövlət teatrı olandan sonra teatr daha çox fiziki olaraq yaşayır”.