Dövlət xətti ilə kirayəyə veriləcək mənzillərin qiymətləri açıqlanıb
21.01.2020 18:54 Cəmiyyət

Dövlət xətti ilə kirayəyə veriləcək mənzillərin qiymətləri açıqlanıb

Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödənişi Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.

Bu barədə “MediaPost”a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Xatırladaq ki, sabah saat 10:00-dan kirayə mənzil mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna başlanılır.

Ölkə prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 25 yanvar 2019-cu il tarixli fərmanı ilə Fonda həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb. İş prosesləri tam avtomatlaşdırılıb. Kirayəşinlər və yaşayış sahələrinə dair tələblər müəyyən edilib.

Xəbərlər departamenti

Gündəm