Dövriyyəyə keyfiyyətsiz şprislərin buraxılır? - Nazirlikdən açıqlama
05.11.2019 10:10 Gündəm

Dövriyyəyə keyfiyyətsiz şprislərin buraxılır? - Nazirlikdən açıqlama

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dövriyyəyə keyfiyyətsiz şprislərin buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

Mediapost.az-ın xəbərinə görə, Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilir ki, quruma heç bir vətəndaşdan standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb.

Mərkəz vətəndaşlara tövsiyə edir ki, hər hansı problem yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər: "Hər bir şikayət dərhal araşdırılacaq".

Mediapost.az

Xəbərlər departamenti

Gündəm