Ermənistan dramının ağır günləri - rekord həddə ucuzlaşdı
13.11.2020 09:48 Maliyyə

Ermənistan dramının ağır günləri - rekord həddə ucuzlaşdı

Qarabağ müharibəsində Ermənistanın kapitulyasiyası ölkədə siyasi gərginliklə yanaşı, iqtisadi çöküşü də artırır. Dram xarici valyutalar qarşısında durmadan ucuzlaşır.

"MediaPost" Ermənistan Mərkəzi Bankına istinadən xəbər verir ki, noyabrın 13-də dollar 495,58 drama qədər artıb. Başqa sözlə, müharibə başlayandan dollar dram qarşısında 2,1 % dəyər qazanıb. Belə ki, sentyabrın 27-də 1 dollar 485,27 dram təşkil edirdi. 

Qeyd edək ki, dollar sonuncu dəfə 2020-ci ilin mart ayında 495 dramdan baha ticarət edilib.

Dollarla yanaşı, avro dram qarşısında nisbətən bahalaşıb. Belə ki, avro 575,81 dramdan 585.28 drama yüksəlib. Bu isə 1,6% artım deməkdir.   

 

Rahim Tarıverdiyev

Gündəm