DST: Koronavirusa qarşı dərmanların böyük əksəriyyəti zəngin ölkələrin əlindədir
13.05.2021 17:35 Dünya

DST: Koronavirusa qarşı dərmanların böyük əksəriyyəti zəngin ölkələrin əlindədir

Bu gün az və orta gəlirə malik ölkələrin payına koronavirusa qarşı mövcud peyvənd dərmanları ehtiyatının cəmi 17 faizi düşür.

"MediaPost" xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdikləri COVID-19 Qlobal Tədqiqatlar və İnovasiyalar Forumunda bildirib.

“Ən zəngin ölkələr dərmanların 83 faizini əldə edib. Halbuki dünya əhalisinin yarısından çoxunun yaşadığı orta və az gəlirə malik ölkələrə vur-tut 17 faizi çatıb” – deyən təşkilat rəhbəri COVAX mexanizmi və başqa dünya miqyaslı təşəbbüslər çərçivəsində yol verilən qeyri-bərabərlik problemini aradan qaldırmaq üçün əllərindən gələni etməyə çalışdıqlarını da dilə gətirib.

Xəbərlər şöbəsi

Gündəm