DTX-nın həbs etdiyi rəisi o əvəzlədi
15.09.2020 10:38 Mədəniyyət

DTX-nın həbs etdiyi rəisi o əvəzlədi

Azad Məhyəddin oğlu Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 

Mədəniyyət Nazirliyindən "MediaPost"a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə edilib.

Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. O, son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.

Xatırladaq ki, bu ilin may ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan əməliyyat zamanı həbs edilib. 

 

Xəbərlər şöbəsi

Gündəm