Dünya Axıska Türkləri Birliyindən Şuşanın azad olunması ilə bağlı təbrik
09.11.2020 10:48 Dünya Qarabağ Azərbaycandır

Dünya Axıska Türkləri Birliyindən Şuşanın azad olunması ilə bağlı təbrik

Azərbaycana Türkiyə başda olmaqla türk dünyasından dəstək və təbrik mesajları gəlməyə davam edir.

"MediaPost" xəbər verir ki, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) baş direktoru Ziyatdin Kassanov da Azərbaycan Ordusunun Ermənistan işğalı altındakı Şuşa şəhərini azad etməsi münasibətilə Azərbaycanı təbrik edib.

"Allaha şükürlər olsun ki, Şuşa artıq azaddır. Bizlərlə illərlə çörəyini bölüşən qardaşlarımızla birlikdəyik. Azərbaycanın, millətimizin, hamımızın gözü aydın olsun. Allah türk millətini, əsgərlərimizi, İlham Əliyevi və Rəcəb Tayyib Ərdoğanı qorusun. Qarabağ Azərbaycandır!", - deyə Kassanov qeyd edib.

 

Anara Mikail

Gündəm