Dünya azərbaycanlılarının Həmrəylik Gününün 30 ili olur - VİDEO
27.12.2019 07:27 Daxili siyasət

Dünya azərbaycanlılarının Həmrəylik Gününün 30 ili olur - VİDEO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 30-cu ili tamam olur.

Bu münasibətlə hazırlanmış və bir neçə gündür tizeri sosial şəbəkələrdə #30ilhəmrəy həştəqi ilə yayımlanan videoçarxın tam variantını təqdim edirik.

Videoçarxda 30 tanınmış sima, o cümlədən xalq artistləri tərəfindən Azərbaycan tarixində ötən 30 ildə baş vermiş həm ağrılı, həm də qürurverici 30 mühüm hadisə səsləndirilir.

Xatırladaq ki, düz 30 il əvvəl - 1989-cu ildə Azərbaycan xalqı Araz çayı boyunca yerləşən Sovet-İran sərhəd çəpərlərini söküb. Bu hadisə dünyanın hər yerində yaşayan azərbaycanlıların həmrəylik rəmzinə çevrilib.


Xəbərlər departamenti

Gündəm