Dünya Bankı: “Qlobal iqtisadi artım yavaşlayacaq”
23.01.2023 09:05 Gündəm İqtisadiyyat

Dünya Bankı: “Qlobal iqtisadi artım yavaşlayacaq”

Dünya Bankının prezidenti Devid Malpass 2023-2024-cü illərdə qlobal iqtisadi artımın aşağı olacağını proqnozlaşdırıb.

“Düşünürəm ki, bu uzunmüddətli yavaşlama olacaq. Əgər bir il, iki il irəliyə baxsanız, ciddi canlanma görmək çətindir. Görünür, iqtisadi inkişafda 2023-2024-cü illərdə yavaşlama müşahidə olunacaq”, - Malpass bildirib.

O, həmçinin dövlətləri vəsaitlərini daha səmərəli xərcləməyə – “kəmərlərini sıxmağa” çağırıb.

Gündəm