Dünya bazarında neft ucuzlaşmaqda davam edir
27.02.2021 10:35 Maliyyə

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal bazarlarda neft ucuzlaşmaqda davam edir. 

"MediaPost" xəbər  verir ki,  ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 2,54% azalaraq 1 barelə görə 64,43 dollar təşkil edib. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,01% azalaraq 61,62 dollar təşkil edib.

Rahim Tarıverdiyev

Gündəm