Dünya bazarında qızılın qiyməti düşüb
17.11.2022 09:52 Gündəm İqtisadiyyat Dünya

Dünya bazarında qızılın qiyməti düşüb

Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,59 % və ya 10,55 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1765,25 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,68 % düşərək 1 unsiyası 21,163 ABŞ dolları təşkil edib.

ABŞ dollarının digər dünya valyutaları qarşısında bahalaşması ənənəvi olaraq qiymətli metalın qiymətinə mənfi təsir göstərib.

Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,17 % artaraq 106,47 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.

news department

Gündəm