Dünya bazarlarında neft ucuzlaşdı
17.10.2020 10:34 Maliyyə

Dünya bazarlarında neft ucuzlaşdı

Qlobal bazarlarda neft ucuzlaşıb.

"MediaPost" xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 0,53% azalaraq 1 barelə görə 42,93 dollara düşüb. Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,20% azalaraq 40,88 dollar təşkil edib.

Rahim Tarıverdiyev

Gündəm