Dünya bazarlarında qaz cüzi ucuzlaşıb
03.05.2021 09:45 Energetika

Dünya bazarlarında qaz cüzi ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

"MediaPost"un məlumatına görə, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,07% azalaraq 2,936 ABŞ dolları təşkil edib.

Xəbərlər departamenti

Gündəm