Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.
MediaPost-un məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici qarşılaşmada macar Tamara Dollakla üz-üzə gəlib.
Rəqibinə tam üstünlüklə qalib gələn Kolesnik bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi ABŞ təmsilçisi Cennifer Rocers olacaq.