Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb
23.11.2022 22:06 Gündəm Mədəniyyət

Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəni dayandırıb.

Mediapostun məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gəlib.

İlk görüş 2:2 hesabı ilə başa çatsa da, ikinci qarşılaşmada rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Azərbaycan millisi mundialla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatı noyabrın 25-də başa çatacaq.

Xəbərlər departamenti

Gündəm